Kərim Vəliyev pakistanlı komandanla hərbi təlimlərdən DANIŞDI

18:40 - 1 Noyabr 2023 - Xəbər

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Pakistan İslam Respublikasının Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı general Asim Munirin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Ucnoqta.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Baş Qərargahda keçirilən görüşdə iki ölkə arasında hərbi əlaqələrin və strateji tərəfdaşlığın yüksələn xətlə inkişaf etdiyi vurğulanıb.

İkitərəfli və üçtərəfli birgə təlimlərin intensivliyinin artırılmasının vacibliyi bildirilib.

Xəbər xətti