Google Android 14-ə yenilənmiş cihazların bloklanmasına səbəb ola biləcək səhvi etiraf edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Android Authority məlumat yayıb.
Məlumata görə, problem ilk növbədə Google Pixel smartfonlarının bəzi sahiblərinə təsir edib. Onlar bildiriblər ki, Android 14-ə yeniləndikdən sonra əməliyyat sistemi diskdə yerləşən media yaddaşına girişi bloklayıb. Digər markaların cihazlarının istifadəçiləri də problemlər barədə məlumat verdilər.
"Android 14 yeniləməsini almış bəzi cihazlara təsir edən problemdən xəbərdarıq" - şirkət bildirib. Mühəndislərin fikrincə, cihazında birdən çox Google profili olan istifadəçilər xəta ilə üzləşib.