Meksikada kilsənin damının uçması nəticəsində ölənlərin sayı artıb
Ucnoqta.az xəbər verir ki, Tamaulipas ştatının Təhlükəsizlik Nazirliyi məlumat yayıb. Syudad Madero şəhərində kilsənin damının uçması nəticəsində ölənlərin sayı 10-a, yaralıların sayı isə 60-a çatıb.
Nazirlik iki nəfərin ağır yaralandığını qeyd edib.
Bildirilir ki, axtarış-xilasetmə işlərinə kömək etmək üçün regional Hərbi Dəniz Qüvvələri Nazirliyinin tabeliyində olan şəhər axtarış-xilasetmə dəstəsinin əməkdaşları hadisə yerinə gəlib.