Bayrağı Riad Əhmədovun xanımına Əli Nağıyev təqdim etdi - VİDEO

18:47 - 30 Sentyabr 2023 - Cəmiyyət

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanın Milli Qəhramanı, 1992-ci ildə Daşaltı əməliyyatı zamanı şəhid olmuş Riad Əhmədovla vida mərasimi keçirilib.

Ucnoqta.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, 31 il sonra nəşinin qalıqları tapılan R.Əhmədov İkinci Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidimizin tabutuna bükülmüş Dövlət bayrağı Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev tərəfindən Riad Əhmədovun xanımına təqdim olunub.

Həmin anın videosunu təqdim edirik:

Xəbər xətti