"Harri Potter" haqqında altı filmdə professor Albus Dambldor obrazını canlandıran britaniyalı aktyor Maykl Qambon vəfat edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə onun ailəsinin yaydığı məlumatda deyilir. Aktyorun 82 yaşı var idi.
Qeyd edək ki, aktyor sətəlcəm diaqnozu ilə xəstəxanada müalivə alırdı.