Şahbuz və Culfa rayonlarının təhsil şöbələrinin müdirləri işdən çıxarıldı

09:42 - 28 Sentyabr 2023 - Xəbər

Şahbuz və Culfa rayonlarının təhsil şöbələrinin müdirləri işdən çıxarılıb.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini, nazirin səlahiyyətlərini icra edən Ovni Muradov əmr imzalayıb.

Əmrə əsasən, Şahbuz Rayon Təhsil Şöbəsinin müdiri Araz Məmmədov və Culfa Rayon Təhsil Şöbəsinin müdiri Mehdixan Əliyev vəzifəsindən azad edilib.

Xəbər xətti