"Toyota" Hindistanda üçüncü zavodunu tikmək niyyətindədir

07:41 - 28 Sentyabr 2023 - AVTO

Yaponiyanın ən böyük avtomobil istehsalçısı Toyota Motor Hindistanda üçüncü zavodunu tikmək niyyətindədir.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.

Avtomobil istehsalçısının fəaliyyət göstərən müəssisələri cənub-qərbdəki Karnataka ştatında yerləşir və burada üçüncü zavodun tikintisi planlaşdırılır. Onun istehsal həcminin ildə təqribən 120 min avtomobil olacağı və bu rəqəmi daha da 200 minə çatdırmaq imkanı gözlənilir.Yeni müəssisə sayəsində Toyota-nın Hindistanda illik istehsal həcmi indiki 400 min ədəddən 30% arta bilər.

Xəbər xətti