Ermənistan hökumət binası yaxınlığında polislə etirazçılar arasında toqquşma nəticəsində xəsarət alan 33 nəfər xəstəxanadan buraxılıb
Ucnoqta.az xəbər verir ki, bu barədə Respublika Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, daha 3 xəstə isə tibb müəssisələrindədir.
"33 zərərçəkmişə lazımi tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Hazırda üç zərərçəkənin müalicəsi davam etdirilir. Onlardan birinin vəziyyəti qənaətbəxşdir, əməliyyat olunub. Daha iki vətəndaş tibb işçilərinin nəzarətindədir", - məlumatda deyilir.