Çinin şərqində tornado nəticəsində 5 nəfər ölüb

08:53 - 20 Sentyabr 2023 - DÜNYA

 Çinin Suqian şəhərində tornado nəticəsində 5 nəfər ölüb, daha 4 nəfər isə ağır yaralanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə çərşənbə günü Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Qasırğa şəhərin bir neçə hissəsini vurub. 

Tornado 137 yaşayış binasını dağıdıb, 1,6 mindən çox binaya ziyan dəyib. Yerli hakimiyyət orqanları təbii fəlakətdən zərər çəkmiş ərazilərdən 405-ə yaxın insanı müvəqqəti olaraq köçürməyə məcbur olub.

Xəbər xətti