Günay Malikqızı yeni vəzifəyə təyin edildi

20:09 - 15 Sentyabr 2023 - Xəbər

Azərbaycan Respublikası Prezidentinin Naxçıvan MR üzrə səlahiyyətli nümayəndəliyinə yeni mətbuat katibi təyin edilib.

Ucnoqta.az Manset.az-a istinadən xəbər verir ki, müvafiq əmrlə bu vəzifəyə tanınmış jurnalist Günay Malikqızı təyin edilib.

Bildirək ki, Prezidentin Naxçıvan MR üzrə səlahiyyətli nümayəndəsi Fuad Nəcəflidir.

Qeyd edək ki, Günay Malikqızı bundan əvvəl Milli Olimpiya Komitəsinin mətbuat katibi olub.

Xəbər xətti