Abşeronda qanunsuz tikili söküldü - VİDEO

11:31 - 14 Sentyabr 2023 - Xəbər

Abşeron rayonunda qanunsuz tikili sökülüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Məlumata görə, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Abşeron rayonunun Masazır qəsəbəsi və Məmmədli kəndi ərazisində müvafiq icazəverici sənədlər olmadan qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikililər sökülüb.

Xəbər xətti