Azərbaycan nefti bahalaşıb

10:35 - 14 Sentyabr 2023 - Cəmiyyət

Dünya bazarında “Azeri Light” (CIF) markalı neft bahalaşıb.

Ucnoqta.az xəbər verir ki,  Azərbaycan neftinin bir barelinin qiyməti 0,09 ABŞ dolları, yaxud 0,09% artaraq 98,73 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 dollara satılıb.

Xəbər xətti