Moldovanın Rusiyadakı müvəqqəti işlər vəkili Rusiya Xarici İşlər Nazirliyini şərhsiz tərk edib
Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, Moldovanın Rusiyadakı müvəqqəti işlər vəkili Rusiya diplomatik departamentinin binasını şərhsiz tərk edib.
Diplomatın səfəri 20 dəqiqədən çox davam edib.
Müvəqqəti işlər vəkili Sputnik Moldova rəhbəri Vitali Denisov ətrafında yaranmış vəziyyətlə əlaqədar Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Bir gün əvvəl məlum olmuşdu ki, Denisov ölkənin daxili işlərinə qarışmaqda ittiham edilərək respublikadan qovulub.