Hollandiyada 2020-ci ilin mart ayında Amsterdam yaxınlığındakı Singer Laren Muzeyindən oğurlanmış Vinsent Van Qoqun tablosu tapılıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə AFP Hollandiya hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.
Dəyəri 3-6 milyon avro arasında qiymətləndirilən Van Qoqun "Nuenen, Bahardakı Kahin bağı" əsərini məşhur incəsənət detektivi Artur Brand Hollandiya polisi ilə birgə tapıb.
Məlumata görə, adının açıqlanmasını istəməyən şəxs rəsm əsərini yastıq üzünə və çantaya bükərək ona qaytarıb.