Ərdoğanla Paşinyan arasında telefon danışığı olub

19:00 - 11 Sentyabr 2023 - Xəbər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub.

Məlumata görə, söhbət zamanı Ermənistan-Türkiyə münasibətləri və regional məsələlər müzakirə edilib.

Paşinyan və Ərdoğan regionda uzunmüddətli sülh və sabitliyin bütün region ölkələrinin inkişafına və çiçəklənməsinə töhfə verəcəyini vurğulayıblar. Onlar bu istiqamətdə diplomatik səyləri davam etdirəcəklərini də qeyd ediblər.

Xəbər xətti