Ziya Bünyadov prospektində qəza olub, yolda sıxlıq yaranıb

17:41 - 11 Sentyabr 2023 - Cəmiyyət

Paytaxtın Ziya Bünyadov prospekti, "Çermet" körpüsünün üzərində yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Ucnoqta.az-a Daxili İşlər Nazirliyinin Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, qəza səbəbindən metronun “20 Yanvar” stansiyası istiqamətində sıxlıq yaranıb.

Sıxlığın aradan qaldırılması məqsədilə işlər görülür.

Xəbər xətti