"Yaxşı oxuyan şagirdlərin sayı çoxalıb" - Mehriban Vəliyeva

11:50 - 11 Sentyabr 2023 - Cəmiyyət

Hər il zəif məktəblərin nəticələrinin artırılması istiqamətində mütəmadi şəkildə işlər görülür. Keçən il göstəricisi 25 % olan məktəblərin keyfiyyəti bu il 29 %-ə qədər artıb.

"Report" xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva paytaxtdakı təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı deyib.

O bildirib ki, fərqlənmə attestatı ilə təhsili başa vuranların sayı artır:

"Bu da o deməkdir ki, yaxşı oxuyan şagirdlərin sayı çoxalıb".

Xəbər xətti