Braziliya millisinin futbolçusu Neymar 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında Xorvatiya millisinə məğlubiyyəti karyerasında ən təhqiredici adlandırıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə L'Equipe nəşri yazıb.
“Təəssüf ki, dünya çempionlu titulu növbəti dəfə təxirə salındı. Bundan acı itki yox idi. Artıq etdiyimiz yaxşı işləri xatırlamalıyıq. Dünya çempionatında çıxış edən futbolçularımız var, yetişməkdə olan çoxlu gənclər bizə gəlir.
Üç il qalıb (DÇ-2026-ya), lakin vaxt çox tez uçur, hazırlığa indidən başlamalıyıq. Yeniləmə mərhələsinə başlayırıq. Bu bir gecədə baş vermir. Ancaq hədəflərimizə çatmaq üçün əlimizdən gələni etməyə çalışacağıq”, - forvard bildirib.
DÇ-2022-də braziliyalılar penaltilər seriyasında xorvatlara uduzublar.