Ginnesin Rekordlar Kitabı ən böyük Yapon istehsalat şirkətinin banisi Conni Kitagavanın şirkətinin cinsi istismarı ilə bağlı qalmaqaldan sonra əldə etdiyi nailiyyətlər haqqında səhifəni öz saytından silib.
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, müvafiq mesaj Ginnesin Rekordlar Kitabının saytında dərc olunub.
"Mərhum Conni Kitagava ilə bağlı son araşdırma barədə xəbərləri eşidəndən sonra biz onun qeydlərini ictimai saxlamağın məqsədəuyğun olmadığını düşündüyümüz üçün veb saytımızdan silmək qərarına gəldik", - elanda deyilir. Eyni zamanda, qeyd edildiyi kimi, ittiham xarakterli məhkəmə qərarı olduqda, qeydlərin özləri də geri götürülə bilər.
Kitagava tərəfindən təsis edilən "Conni's" agentliyi Yaponiya şou-biznes bazarında monopoliya sayılır. Onun rəhbərliyi altında ölkədə ən populyar qruplar və ifaçılar inkişaf edirdi.
İlin əvvəlində Britaniya Yayım Korporasiyası BBC sənədli film yayımlayıb ki, burada Conni agentliyinin məzunları səhnədə uğur təşkil etmək müqabilində şirkət rəhbəri tərəfindən məruz qaldıqları cinsi işgəncələrdən danışıblar. Cümə axşamı keçirilən mətbuat konfransında, 2019-cu ildə vəfat edən Kitaqavanın qardaşı qızı olan hazırkı baş direktor Julie Keiko Fujişima iddiaları etiraf edib.
Ginnesin Rekordlar Kitabında üç Kitaqava rekordu var idi. Belə ki, o, ən çox konsert təşkil edən şəxs (10 ildə 8,4 mindən çox tədbir), milli hit-paradlarda birinci yerə çıxan ən çox sinqlın prodüseri (200-dən çox sinql) kimi qeyd edilib.