Sudanda Xüsusi Təyinatlı Qüvvələr ləğv edilib

10:55 - 7 Sentyabr 2023 - Xəbər

Sudan ordusunun komandanı Əbdülfəttah əl-Burhan çevik reaksiya qüvvələrinin (xüsusi təyinatlılar) ləğvi haqqında fərman verib və bu qərarın qüvvəyə minməsi üçün Suveren Şuranın baş komandanlığına və baş katibliyinə göstəriş verib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Sudan Silahlı Qüvvələrinin rəsmi “Facebook” səhifəsində dərc edilmiş məlumatda deyilir.

“Suveren Şuranın rəhbəri, Silahlı Qüvvələrin komandanı Əbdülfəttah əl-Burhan 2017-ci il Çevik Reaksiya Qüvvələri haqqında qanunu və ona 2019-cu ildə edilən düzəlişləri ləğv edən fərman verib”, - məlumatda deyilir.

Xəbər xətti