ABŞ hakimiyyəti tezliklə Kiyevə kaset sursatlarının daha bir partiyasını ötürmək niyyətindədir.
Ucnoqta.az xəbər verir ki, bu barədə “The New York Times” ABŞ rəsmilərinə istinadən yazıb. Nəşr yazır ki, ABŞ prezidenti Co Baydenin administrasiyası kaset sursatlarının ilk partiyasını göndərdikdən iki ay sonra onları daha çox göndərməyi planlaşdırır.
Amerika tərəfinin məlumatına görə, Ukrayna əsgərləri hər gün təxminən 8 min artilleriya mərmisi atırlar.