"Qeyri-qanuni erməni silahlılarının Kəlbəcərdə növbəti təxribatının qarşısı alınıb" - MN

10:11 - 7 Sentyabr 2023 - Xəbər

Sentyabrın 7-si saat 07:50 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətində yerləşən mövqelərinə yaxınlaşmaq məqsədilə yeni səngər yolları qazmağa cəhd göstəriblər.

Bu barədə Ucnoqta.az-a Azərbaycan Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

"Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb", - MN-dən qeyd edilib.

Xəbər xətti