Müəllimlərin orta aylıq əməkhaqqı artıb

16:48 - 6 Sentyabr 2023 - Xəbər

Müəllimlərin orta aylıq əməkhaqqı açıqlanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ili bağlı media üçün keçirilən brifinqdə məlumat verib.

O bildirib ki, 2023-cü ilin sentyabr ayı üçün bu məbləğ 830 manat təşkil edib:

"Sertifikatlaşdırma imtahanları keçirildikcə, müəllimlərin əməkhaqlarına əlavələr olunacaq və bu da orta aylıq əmək haqlarının artmasına gətirib çıxaracaq. 2023-cü ilin fevralında bu rəqəm 790 manat olmuşdu".///apa

Xəbər xətti