Ağız qoxusunun təhlükəli səbəbləri

12:33 - 6 Sentyabr 2023 - Xəbər

Davamlı ağız qoxusu - ağız kokusu - ən çox dişlərlə bağlı problemləri və diş ətinin iltihabını göstərir

Ucnoqta.az xəbər verir ki, bu barədə həkim Yekaterina Terentyeva danışıb. 

Terentyevanın sözlərinə görə, ağız qoxusu patoloji hal kimi tanınır və soğan, sarımsaq və buna bənzər qidalar qəbul edildikdən sonra yaranan ağız qoxusu ilə qarışdırılmamalıdır. Həkim, ağız qoxusunun ən çox görülən səbəblərindən birinin diş əti xəstəliyi və diş problemləri olduğunu söyləyib. Ağız boşluğunun gigiyenası və mədə-bağırsaq traktının problemləri ilə də inkişaf edə bilər.

Terapevt  davamlı ağız qoxusunun digər təhlükəli səbəbləri kimi, tənəffüs xəstəliklərini, böyrək çatışmazlığını və şəkərli diabeti olduğunu bildirib. Bundan əlavə, halitoz badamcıqların, sinusların və bronxların iltihabının nəticəsi də ola bilər.

Xəbər xətti