Ermənistan ABŞ-la birgə hərbi təlimlər keçirəcək

11:25 - 6 Sentyabr 2023 - Xəbər

Ermənistan sentyabrın 11-dən 20-dək ABŞ-la birgə hərbi təlimlərə ev sahibliyi edəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, təlimlərin məqsədi sülhməramlı missiyalar çərçivəsində qarşılıqlı fəaliyyətin artırılmasıdır.

Qeyd olunub ki, sentyabrın 11-dən 20-dək sülhməramlı briqadanın “Zar” təlim mərkəzi və Müdafiə Nazirliyinin təlim mərkəzinin bazasında EAGLE PARTNER 2023 birgə erməni-amerikan təlimləri keçiriləcək.

Xəbər xətti