Avqustun 29-da Yaponiyanın ən böyük “Toyota Motor” avtomobil konserninin bütün 14 montaj zavodunun məcburi şəkildə dayandırılmasına müdaxilə edənlərin fəaliyyəti səbəb olmayıb.
Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, bu barədə avtomobil istehsalçısının saytında dərc olunmuş hesabatda deyilir.
Qeyd olunur ki, insident onun zavodlarının fəaliyyətini koordinasiya edən avtomobil istehsalçısının serverlərində yaddaş çatışmazlığı olub. Məlumatlar daha böyük serverə köçürüldükdən sonra problem həll edilib.
Hadisə ilə bağlı Toyota rəhbərliyi müştərilərdən üzr istəyib, belə nasazlıqların qarşısını almaq üçün onların texniki xidmət prosedurlarını nəzərdən keçirəcəyini vəd edib.