Səttar Möhbalıyev məhkəməyə  ÇAĞIRILDI

18:39 - 4 Sentyabr 2023 - Cəmiyyət

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Nadir Əliyev və Alik Həsənovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. 

Ucnoqta.az News24.az-a istinadən bildirir ki, prosesdə təqsirləndirilən şəxsin vəkili vəsatət qaldırıb. Vəkil bildirib ki, təqsirləndirilən şəxslər həm ibtidai istintaqa ifadəsində, həm də məhkəmə istintaqı zamanı ittihama münasibət bildirərkən qeyd ediblər ki, ərazinin satılması ilə bağlı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyevlə görüşüblər: "Təqsirləndirilən şəxslər ifadələrində qeyd edirlər ki, bu işi onlar özbaşına görməyib, prosesdə sadəcə maklerlik ediblər. Ona görə də məhkəmə istintaqının obyektiv araşdırılması üçün Səttar Möhbalıyev məhkəməyə çağırılması, iş üzrə ifadə verməlidir". 

Vəsatət indiki mərhələdə baxılmamış saxlanılıb. 

Prosesdə qərar qəbul olunub ki, iş üzrə əvvəlcə zərərçəkmişlər ifadə verməli, sonra təqsirləndirilən şəxslər dindirilməlidir. 

Proses sentyabrın 26-da davam etdiriləcək. 

Xəbər xətti