Bəzi ərazilərdə suyun verilməsində məhdudiyyətlər olacaq

12:46 - 4 Sentyabr 2023 - Xəbər

Səbail rayonunun bir neçə qəsəbəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Ucnoqta.az xəbər verir ki, bu barədə Dövlət Su Ehtiyatları Agentliyi məlumat yayıb.

“Magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar bu gün ərzində Səbail rayonunun Şıxov, Bibiheybət qəsəbələri və 20-ci Sahə ərazisinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq”, - deyə məlumatda qeyd olunur.

Xəbər xətti