Di Kaprio dondurma yeyərək Messinin oyununu izləyib

11:09 - 4 Sentyabr 2023 - Xəbər

Amerikalı aktyor, Oskar mükafatı laureatı Leonardo Di Kaprio MLS-in adi mövsümündə Los-Anceles və İnter Mayami arasında keçirilən matçda iştirak edib.

Ucnoqta.az xəbər verir ki, Di Kaprio stadionda dondurma yeyərkən televiziya kameralarının obyektivlərinə tuş gəlib.

Aktyor Los-Ancelesdə yaşayır və tez-tez yerli komandaların, məsələn, Milli Basketbol Assosiasiyasında (NBA) çıxış edən Los Angeles Lakers klubunun oyunlarında iştirak edir. MLS matçında Di Kaprio argentinalı hücumçu İnter Mamami Lionel Messinin oyununa baxıb.

Xəbər xətti