Livan Baş Təhlükəsizlik Müdirliyinin (GSB) Senzura Komitəsi cəmiyyətdə kəskin mübahisələrə baxmayaraq, ölkədə “Barbie” (2023) filminin nümayişinə icazə verib.
Ucnoqta.az xəbər verir ki, “Naharnet” xəbər portalının məlumatına görə, Livan hakimiyyəti filmə kinoteatrlarda baxmaq üçün ciddi yaş məhdudiyyəti tətbiq edib – 13 yaşınadək uşaqlar salonlara buraxılmayacaq.
Avqustun 9-da Livanın mədəniyyət naziri vəzifəsini icra edən Məhəmməd Murtada “Barbie” filmində göstərilən dəyərlərin Livan cəmiyyətinin əxlaqi prinsiplərinə uyğun olmadığına görə respublika ərazisində nümayişinə qadağa qoyulmasını tövsiyə edib.
Fars körfəzinin ərəb ölkələrində, Küveyt istisna olmaqla, indi “Barbie”yə 15 yaşdan kiçik şəxslər baxa bilər.