Abşeron çimərliklərində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, sabah çimərliklərdə şimal-şərq küləyi əsəcək.
Dəniz suyunun temperature şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25° isti olacaq.
Cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda 25-26° isə isti gözlənilir.