Ermənistan ordusunun sərhədd törətdiyi təxribat zamanı ölən erməni hərbçilərinin sayı açıqlanıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, 4 hərbiçi ölüb, 1-i yaralanıb.
“Ermənistan tərəfinin Azərbaycan tərəfinin təxribatı nəticəsində 4 nəfər həlak olub, 1 nəfər yaralanıb. Müdafiə Nazirliyi həlak olan hərbçilərin məlumatları, eləcə də yaralı hərbçinin səhhətinin vəziyyəti barədə müəyyən edilmiş qaydada hərbçilərin ailələrinə əvvəlcədən məlumat verərək sonradan məlumat dərc edəcək”. bəyanatında deyilir.