Sərhəddə saxlanılan erməni futbolçular ailələri ilə danışıb

13:27 - 1 Sentyabr 2023 - Xəbər

30 və 31 avqust tarixlərində Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri avqustun 28-də saxlanılan 3 şəxsə baş çəkib.

Bunu APA-nın sorğusuna cavab olaraq BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.

O bildirib ki, saxlanılanlarla təkbətək görüş keçirilib və onlara ailələri ilə əlaqə yaratmaq imkanı yaradılıb.

Qeyd edək ki, erməni futbolçular 2021-ci ilin dekabr ayında Azərbaycan bayrağını təhqir edib.

Xəbər xətti