Təxribat törədən iki erməni hərbçi məhv edilib, biri yaralanıb

11:34 - 1 Sentyabr 2023 - Xəbər

Xəbər verdiyimiz kimi sentyabrın 1-i səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərinə qarşı zərbə PUA-sı tətbiq edilib.

Ucnoqta.az xəbər verir ki, erməni təxribatına cavab olaraq Ordumuz müvafiq tədbirlər görüb. Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, iki erməni hərbçisi ölüb, bir nəfər yaralanıb.

Hazırda atışmanın intensivliyi zəifləyib.

Xəbər xətti