Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev İlqar Akif oğlu Mahmudovu Quba Rayon İcra Hakimiyyətinin başçısı təyin edib.
Ucnoqta.az xəbər verir ki, İlqar Mahmudov bu təyinatadək Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyində çalışıb. İlqar Mahmudov nazirliyin Daxili Nəzarət Şöbəsinin müdiri vəzifəsində işləyib.
O, uzun müddət Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdindəki Bakı Humanitar Kollecin direktoru vəzifəsini tutub.