Bakının Qara Qarayev prospektində sürət həddi 60 km/saatdan 50 km/saata endirilib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.
Məlumata görə, yol sahəsində müvafiq nişanlar quraşdırılıb.