Bu yollarda tıxac var - Siyahı

08:53 - 31 Avqust 2023 - Xəbər

Bakının bir sıra yollarında tıxac var.

Ucnoqta.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir ki, hazırda:

1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;

2. Ziya Bünyadov prospekti, "Çermet" körpüsündən "20 Yanvar" metrostansiyası istiqamətində;

3. "20 Yanvar" dairəsində;

4. Tbilisi prospekti, "20 Yanvar" metrostansiyasından mərkəz istiqamətində;

5. Sabunçu-Zabrat şosesi, "Koroğlu" metrostansiyası istiqamətində;

6. Qara Qarayev prospekti, "Qara Qarayev" metrostansiyasından "Koroğlu" metrostansiyası istiqamətində;

7. Binəqədi şosesi, "Azadlıq Prospekti" metrostansiyası istiqamətində;

8. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından "Koroğlu" metrostansiyası istiqamətində (dairəyə qədər) sıxlıq müşahidə olunur.

Xəbər xətti