İspaniyada yerli futbol rəhbəri tərəfindən öpülən futbolçunun həbsi tələb olunur

11:38 - 30 Avqust 2023 - Xəbər

Tanınmış ispan jurnalist Alvise Peres sosial şəbəkələrində milli komandanın futbolçusu Cenni Hermosonun İspaniya Futbol Federasiyasının rəhbəri Luis Rubialeslə öpüşdükdən sonra davranışından qəzəblənib.

Ucnoqta.az xəbər verir ki, Perez Hermosonun Rubialeslə öpüşəndən sonra lovğalandığını bildirib.

“Niyə digər futbolçularla öyünərək Rubialeslə öpüşdüyünüz barədə mem yazaraq gülərək poza verdiniz? Niyə indi qəzəblənən bütün komanda yoldaşlarınız zarafatla avtobusda sizə və Rubialesə “öpüşsünlər” deyə qışqırdılar?

Mən sizin həqiqəti söyləməyinizi istəmirəm, çünki İspaniya bunu bu gün artıq bilir. Sənin həbsə düşməyini istəyirəm”, – Peres yazıb.

İspanların ingilisləri məğlub etdiyi (1:0) DÇ-2023 finalından sonra keçirilən mükafatlandırma mərasimində millinin qələbəsinə sevinən Luis Rubiales futbolçu Cennifer Hermosonu qucaqlayıb və dodaqlarından öpüb. Bir çox jurnalist və fanat Rubialesi tənqid edərək, onun davranışını hədsiz adlandırıb.

Xəbər xətti