Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarında nəqliyyatın hərəkəti ilə bağlı məlumat açıqlayıb.
Ucnoqta.az NİİM-ə istinadən xəbər verir ki, hazırda:
1. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
2. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
3. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində sıxlıq müşahidə olunur.