Xəstəxanada intihar edən hakim bu gün işdə olubmuş - TƏFƏRRÜAT

22:28 - 28 Avqust 2023 - Cəmiyyət

Xəbər verdiyimiz kimi, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rahib Salmanov müalicə aldığı xəstəxananın yuxarı mərtəbəsindən özünü ataraq intihar edib. 

Ucnoqta.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, Rahib Salmanov bu gün günortaya qədər işdə olub, bir sıra məhkəmə işlərinə baxıb. Lakin günortadan sonrakı prosesləri təxirə salaraq xəstəxanaya gedib. Daha sonra isə məlum hadisə baş verib. Rahib Salmanovun hansı səbəbdən intihar etməsi araşdırılır.

Qeyd edək ki, 60 yaşlı Rahib Salmanov 2013-cü ildən  Bakı Ağır Cinayətlər Məhkəməsində çalışırdı.

Xəbər xətti