Təyyarə qəzasında ölən "Vaqner" lideri Yevgeni Priqojinin videosu sosial şəbəkələrdə yenidən gündəmə gəlib və onun ölümü ilə bağlı sui-qəsd nəzəriyyələrini gücləndirib.
Ucnoqta.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 40 saniyəlik videoda "Vaqner" lideri Rusiyanın Ukrayna müharibəsindəki kursunu “havada parçalanacaq” təyyarəyə bənzədir.
Rusiyanın muzdlu qruplaşmasının lideri Vaqnerin ölümü ilə bağlı suallar qalarkən, Priqojinin yeni yayımladığı videosu sui-qəsd nəzəriyyələrini gücləndirib.
Görüntülərdə onun aprelin 29-da rusiyalı hərbi bloger Semyon Peqovla verdiyi müsahibədən 40 saniyəlik fraqment var. Videoda Priqojin ölkəsinə yalan danışmaqdansa öldürülməyi üstün tutduğunu deyir və səmada qəzaya uğrayan təyyarədən danışır:
"Biz elə bir nöqtəyə gəldik ki, bu gün işlər nəzarətdən çıxır. Niyə bu qədər səmimi danışıram? Çünki bu ölkədə yaşamağa davam edəcəklərin qarşısında yalan danışmağa haqqım yoxdur. İndi onları aldadırlar. Məni öldürsələr yaxşı olar. Amma yalan danışmayacağam. Düzünü desəm, Rusiya fəlakətin astanasındadır. Əgər bu vintlər tezliklə düzülməsə, təyyarə havada parçalanacaq”.
Bu, Priqojinin Rusiya Müdafiə Nazirliyinə qarşı 24 saatlıq üsyanından cəmi iki ay sonra baş verdi.