Vilayət Eyvazov bölmə rəisini yuxarı vəzifəyə təyin etdi

17:58 - 28 Avqust 2023 - Xəbər

Daxili işlər orqanlarında yeni təyinat olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə polis polkovnik-leytenantı Nəriman Bayramov Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinin rəisi vəzifəsindən azad edilib.

Digər əmrlə o, Səbail RPİ-nin əməliyyat işləri üzrə rəis müavini vəzifəsinə təyin edilib.

Qeyd edək ki, N.Bayramov 2020-ci ildən 43-cü PB-nə rəhbərlik edirdi.

Xəbər xətti