Yağıntılı hava şəraiti nə vaxtadək davam edəcək?

11:16 - 26 Avqust 2023 - Cəmiyyət

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti avqustun 27-si səhərədək davam edəcək.

Bu barədə Ucnoqta.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, 27-si gündüz və 28-də ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuz keçəcək. Lakin gündüz saatlarında bəzi dağlıq rayonlarda qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək.

Xəbər xətti