Neftçala rayonunun axundu Cəfər Cəfərov işdən çıxarılıb.
Ucnoqta.az-ın Bakupost.az-a istinadən məlumatına görə, o, işində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad olunub.
Qeyd edək ki, Hacı Cəfər Cəfərov bu ilin martında Neftçalaya axund təyin olunmuşdu.
Onun təyinatı rayonda narazılıqla qarşılanmışdı.