Masazırda törədilən qətlin bəzi detalları məlum olub.
Lent.az-ın əldə etdiyi məlumata görə, Elnur Musayev həyat yoldaşı ilə boşanma ərəfəsində olub.
O, bu gün evə əşyalarını götürmək üçün gedibmiş. Bu zaman ərlə arvad arasında yenidən münaqişə yaranıb. Münaqişə sonda qanla bitib və Elnur Musayev boşanma ərəfəsində olduğu həyat yoldaşına 20-yə yaxın bıçaq zərbəsi endirib.