Avqustun 25-də Abşeron çimərliklərində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
Milli Hidrimeteorologiya Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, sabah çimərliklərdə şimal-qərb küləyi gecə və səhər arabir güclənəcək.
Dəniz suyunun temperaturu şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 25-26° isti olacaq.
Cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda isə 26-27° isti olacaq.