Müsahibələrinin birində Wagner PMC-nin təsisçisi Yevgeni Priqojin ölümündən sonra onu nələrin gözlədiyindən danışıb.
Ucnoqta.az xəbər verir ki, videoda pərdə arxasında Priqojinin sağ əli, təyyarə qəzası nəticəsində həlak olan xüsusi təyinatlı polkovnik-leytenant Dmitri Utkinin səsi də eşidilir.
Yevgeni Priqojin və Dmitri Utkinin (ekrandan kənar) nədən qaçmaq olmaz sualına belə cavab verirlər:
"Ölüm son deyil, sadəcə başqa bir şeyin başlanğıcıdır" - Utkin deyir.
"Hamımız cəhənnəmə gedəcəyik, amma cəhənnəmdə ən yaxşısı olacağıq" - Yevgeni Priqojin əlavə edir.