Lotereyada cekpotu qazandı - bir ay xəbəri olmadı

11:02 - 22 Avqust 2023 - MARAQLI

ABŞ-ın Yuta ştatının sakini lotereyada cekpotu qazanıb və tirajdan cəmi bir ay sonra milyonçu olduğunu bilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə UPI xəbər agentliyi məlumat yayıb.

Bildirilir ki, J. Refugio Gonzalez Almeida lotereyanın daimi iştirakçısıdır. Bir gün baş mükafatı qazana bilməyən kişi ertəsi gün daha çox bilet almaq üçün mağazaya qayıtmaq qərarına gəlib.

“Lotereya mənim hobbimdir. Cümə günü qazanmayanda qərara gəldim ki, növbəti gün üçün bilet lazımdır. Beləliklə, şənbə günü mən qayıdıb hər növdən bir bilet aldım” - o, deyib.

Amerikalı lotereyanın nəticələrini yalnız bir aydan sonra yoxlamaq qərarına gəlib. Onlardan biri ona iki dolla, digəri isə səkkiz dollar mükafat gətirib. Və sonra satıcı başqa bir bileti skan etdi və dedi ki, adam lotereya qərargahı ilə əlaqə saxlamalıdır.

Kişinin biletindəki rəqəmlər ilk beş rəqəmə uyğun gəlir və ona üç milyon dollar qazanıb. Qalib bildirib ki, pulu bankdakı depozit hesabına yatırmağı planlaşdırır.

Xəbər xətti