Azərbaycanda general işdən çıxarıldı

10:53 - 13 Avqust 2023 - Xəbər

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi daxili xidmət general-mayoru Hikmət Abbasov işdən çıxarılıb.

Ucnoqta.az Qafqazinfo-ya istinadla xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov tərəfindən dünən əmr imzalanıb.

Qeyd edək ki, son günlər bir çox rayonların Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisləri də tutduqları vəzifələrdən azad olunublar.

Xəbər xətti