Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Mərkəzin “Youtube” kanalı (link) vasitəsilə ixtisas seçimi edəcək abituriyentlərə statistik məlumatlar əsasında diqqət yetirməli olduqları məsələlər haqqında məlumat verəcək.
Ucnoqta.az DİM-ə istinadən xəbər verir ki, II və III ixtisas qrupları üzrə canlı yayım 11 avqust saat 11:00-da təşkil olunacaq.
Qeyd edək ki, “Abituriyent” jurnalının 4 saylı buraxılışının, həmçinin II və III qruplar üzrə “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı kitabçaların sabah nəşr olunması nəzərdə tutulur. I və IV qruplar üzrə müvafiq kitabçalar isə imtahan nəticələri ilə əlaqədar yaradılmış Apellyasiya komissiyası öz işini yekunlaşdırdıqdan sonra - növbəti həftənin axırına kimi nəşr olunacaq.
Qeyd: I, IV və V ixtisas qrupları üzrə canlı yayım 18 avqust saat 11:00-da təşkil olunacaq.